Bakı Fond Birjası bu ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən xəbər verir ki, birja dövriyyəsi ən yüksək olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti"idir.
Məlumata görə investisiya şirkətinin dövriyəsi 59,1 milyard manata yaxınlaşıb.
"Paşa Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 26,8 milyard manatı keçib.
İl ərzində "Assist Finance İnvestisiya Şirkəti"nin 6,1 milyard manatı keçib.
"Unicapital İnvestisiya Şirkəti"nin 3,6 milyard manatdan yüksək olub.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 3,3 milyard manatdan yüksək olub.
"CFI-İnvestisiya Şirkəti"nin dövriyyəsi 2,5 milyard manatı "İnvest.Az İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 1,1 milyard manatı ötüb.
Capital Partners İnvestisiya Şirkətində də əməliyyatların həcmi 1 milyard manatdan yüksək olub.