2023-cü ilin yanvar-avqust ayları ərzində (8 ayda) Bakı Fond Birkasının ilkin bazarında Maliyyə Nazirliyinin 1 milyard 719 milyon 791 min manatlıq qiymətli kağızları (dövlət istiqrazları) yerləşdirilib.
"Birjada məsləhət tam ödənişsizdir, şirkətlər üçün daha aşağı faizlə borclanmaq imkanı var"- MÜSAHİBƏ
FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə xəzinənin cəlb etdiyi vəsait 2 dəfədən çox və ya 878 milyon 128 min manat artıb.
2022-ci ilin yanvar-avqust ayları ərzində Maliyyə Nazirliyinin 841 milyon 663 min manatlıq istiqrazları yerləşdirilmişdi.
Qeyd edək ki, Maliyyə Nazirliyi xarici bazarlarda yerləşdirdiyi istiqrazlar ilə valyutada cəlb etdiyi vəsaitləri (xarici borcları) daxili borclar ilə əvəz etməkdədir.
İstiqrazlar dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılır. Dövlət istiqrazları əsasən banklar, sığorta şirkətləri və özəl şirkətlər tərəfindən alınır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.