23 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019340 dövlət qeydiyyat nömrəli, 50 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatıb.
FED.az Birjaya istinadən xəbər verir ki, yerləşdirmə üzrə anderrayterdən daxil olan məlumat əsasında abunə yazılışı zamanı 1000 ABŞ dolları qiymətindən 43 investor tərəfindən 43 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödənişləri ildə iki dəfə, 6 aydan bir olmaqla investorlara ödəniləcək.
Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon ABŞ dolları təşkil edib. Bölüşdürülmə nəticəsində istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 50 milyon ABŞ dolları təşkil edib.
Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.