13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə dövlətə məxsus "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 50 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Birjadan FED.az-a verilən məlumata görə, 23 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ümumi dəyəri 50 milyon ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların sayı 50 min ədəd, hər birinin nominal dəyəri 1000 dollar, illik faiz dərəcəsi 6 %-dir, tədüvül müddəti 5 ildir. Faizlər ildə iki dəfə olmaqla ödəniləcəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.