4 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040166 ISIN-li, 60 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Mərkəzi Bankın 180 milyonluq notları yerləşdirəcəyi açıqlandı - ŞİRKƏTLƏR ÜÇÜN YÜKSƏK QAZANC İMKANI
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 83.3383 (13.99%) manat və 96.7369 (8.25%) manat olan 56 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6284 (9.9%) manat, orta ölçülmüş qiyməti 94.2861 (9.2236%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 177 milyon 924 min 100 manat, yerləşdirilmiş həcmi isə 90 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 30 iyun 2026-cı ildir.
Hərrac iştirakçıları 5 iyul 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.