13 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106025940 ISIN-li, 20 milyon manat həcmində, tədavül müddəti 1092 gün olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 92.1367 manat (8%) və 97.2914 manat (6%) olan 26 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.2329 manat (6.4%), orta ölçülmüş qiyməti 96.7127 manat (6.218%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 57 milyon 448 min 700 manat, yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 9 sentyabr 2025-ci ildir.
Hərrac iştirakçıları 14 sentyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.