20 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105026949 ISIN-li, 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az birjaya istinadən xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 97.0298 (6.1%) manat və 98.5377 (5.28%) manat olan 24 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.1487 (5.49%) manat, orta ölçülmüş qiyməti isə 98.4190 (5.344%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 52 milyon 43 milyon 500 min manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.
Hərrac iştirakçıları 21 sentyabr 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 17 sentyabr 2024-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.