27 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106003699 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. BFB-dən FED.az-a verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 88.6160 AZN (17.0000%) və 110.7638 AZN (7.9000%) olan 18 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.6011 AZN (9.8000%), orta ölçülmüş qiyməti 107.7699 AZN (8.9877%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53.264.700 AZN yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 23 fevral 2021-ci il.
Hərrac iştirakçıları 28 fevral 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Dövlət istiqrazlarının gəlirliliyi 9%-ə qalxdı - HƏRRAC
19:23
27 Fev 2018