2025-ci il 1 yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,47 təşkil edib.
FED.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik dövlət istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin son illər ərzində aşağı düşməsinə səbəb olub.
2024-cü il ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1 milyard 888,7 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb, dövlət büdcəsinin borca xidmət xərcləri hesabına isə 170,3 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib. 2024-cü il ərzində “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə uyğun olaraq daxili dövlət borcu üzrə 230,7 milyon manat məbləğində faiz və diskont ödənişləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına yerinə yetirilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür