Dövlət istiqrazları ilə keçirilən əqdlərin hesablaşmaları üzrə "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş"ə dəyişikliklər edilmişdir.
FED.az bu barədə Milli Depozit Mərkəzinə istinadən xəbər verir.
Belə ki, təkrar bazarda dövlət istiqrazları ilə keçirilən əqdlərin hesablaşmaları T+1 rejimindən T+0 rejiminə keçirilmişdir. Dəyişikliklər 01.09.2023-cü il tarixindən keçirilən əqdlərin hesablaşmalarına tətbiq olunacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.