Bakı Fond Birjasının açıqladığı rəqəmlər əsasında bu ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin dinamikası açınlayıb.
FED.az xəbər verir ki, dövlət istiqrazları üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "PSG Kapital İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin dövlət istiqrazları üzrə dövriyyəsi illik müqayisə ilə 3,5 dəfə və ya 80,2 milyon manat artıb.
"Capital Partners İnvestisiya Şirkəti"-nin dövlət istiqrazları üzrə dövriyyəsi 3,4 dəfə və ya 48,7 milyon manat yüksəlib.
"Unicapital İnvestisiya Şirkəti"nin dövlət istiqrazları üzrə dövriyyəsi 2,5 dəfə və ya 328,8 milyon manat artıb.
Bu dövrdə "İnvest.az İnvestisiya Şirkəti"-nin dövriyyəsində 95%, başqa sözlə 100,4 milyon manat artım qeydə alınıb.
"AzFinance İnvestisiya Şirkəti"ndə artım isə 2,4 dəfə, başqa sözlə 320,8 milyon manat olub.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 6,5 dəfə və ya 137,3 milyon manat olmaqla "Xalq Kapital İnvestisiya Şirkəti" olub.