Aprelin 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0201040083 ISIN-li, 40 mln. manat həcmində, 3 illik (1092 gün) tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı ümumi məbləği 40 milyon manat olan istiqrazlara 25 investor tərəfindən 182 milyon manatlıq 74 sifariş gəlib.
Amma qiymət intervalı nazirliyin gözləntilərindənq kənara çıxan təkliflər də olub. Belə ki, təkliflərdə qiymət intervalı 83.3171 (14%) manat və 98.0261 (7.75%) manat olub.
Maliyyə Nazirliyinin qərarına əsasən isə istiqrazların kəsmə qiyməti 95.4686 (8.75%) manat, orta ölçülmüş qiyməti 96.4273 (8.3713%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 181,7 milyon manat, yerləşdirilmiş həcmi isə 60 milyon manat olub.
İstiqrazların ödəmə tarixi 7 aprel 2026-cı il.
Hərrac iştirakçıları 12 aprel 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür