Dekabrın 20-də Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 2 hərrac keçiriləcək.
FED.az xəbər verir ki, iki hərracda investorlara 200 milyon manat və 150 milyon manatlıq olmaqla ümumilikdə 350 milyon manat dövlət istiqrazı təklif ediləcək.
Həcmi 200 milyon manat olan istiqrazlar (AZ0104001984) 1 illik müddətə buraxılır, ödəmə tarixi 2023-cü ilin 19 dekabrındadır.
150 milyon manat həcmində olan istiqrazlar isə 3 illik (1092 gün) müddətinə nəzərdə tutulub. Bu istiqrazlar illik 5%-lə buraxılıb, istiqrazlar üzrə faiz ödənişləri 6 aydan bir həyata keçiriləcək, son ödəniş tarixi isə 2025-ci ildir.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü |
Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0106001990 |
Emissiya həcmi |
150 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
1092 gün |
Faiz ödənişləri (olduqda) |
20 iyun 2023-cü il, 19 dekabr 2023-cü il 18 iyun 2024-cü il, 17 dekabr 2024-cü il 17 iyun 2025-ci il, 16 dekabr 2025-ci il |
Faiz gəliri |
5% |
Ödəmə tarixi |
16.12.2025 |
Anderrayter |
“PAŞA Kapital İŞ” QSC |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.