Bitcoin-in qiyməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kriptovalyutalara yumşaq qaydalar tətbiq edəcəyi ilə bağlı optimizmlə ilk dəfə olaraq 100 min dolları ötüb.
Binance-in baş direktoru Riçard Tenq Bitcoin-in 100,000 ABŞ dolları səviyyəsinə çatmasını şərh edir
"Bitkoin" 100 min dolları keçdi - TARİXİ REKORD
FED.az xəbər verir ki, bu gün 100 min dollar həddini keçərək yeni rekord qıran Bitkoinin (Bitcoin) bahalaşamsı davam edərkən, Donald Tramp "Truth Social" hesabından verdiyi açıqlamada investorları təbrik edib.
Donald Tramp Bitkoinin 100 min dollara çatmasında onun rolu olduğunu bildirərək bunları paylaşıb:
"TƏBRİKLƏR Bitkoinçilər!!! 100.000 dollar!!! Biz birlikdə Amerikanı yenidən möhtəşəm edəcəyik!" (CONGRATULATIONS BITCOINERS!!! $100,000!!! YOU’RE WELCOME!!! Together, we will Make America Great Again!)
Donald Trampın açıqlamalarından sonra Bitkoin 0,7 faiz bahalaşaraq 103 min dollar səviyyəsini keçib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.