Bu gün dekabrın 26-da «Unibank» kommersiya bankının yüksək gəlirli dollar istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Silk Vey Vest Aviaşirkətinin istiqrazları PAŞA Kapital tərəfindən - UĞURLA YERLƏŞDİRİLDİ
FED.az xəbər verir ki, bu gün həyata keçiriləcək hərracda ümumi məbləği 11 milyon dollar olan 11 min ədəd istiqraz satılacaq, istiqrazlarının hər birinin nominal qiyməti 1000 dollar təşkil edir.
Bankın istiqrazlar barədə açıqladığı geniş məlumata əsasən, dollar istiqrazları 6 illik müddətə, illik 8% gəlirliliklə buraxılır. Bu hazırda Azərbaycanın qiymətli kağızlar bazarınla dollarla buraxılan ən yüksək gəlirli borc qiymətli kağızlarıdır.
İstiqrazlar üzrə faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.
Bakı Fond Birjasının məlumatına göərə, istiraz buraxılışının anderrayteri «Unicapital» investisiya şirkətidir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"Unibank Kommersiya Bankı" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2017002026 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması |
Kütləvi / Birqiymətli |
İstiqrazların sayı |
11,000 (ədəd) |
İlkin ticarət qiyməti |
1000 ABŞ Dolları |
İstiqrazların buraxılış həcmi |
11,000,000 ABŞ Dolları |
İllik gəlirlilik faizi |
8% |
Ödəmə periodu |
ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir |
Tədavül müddəti |
6 il |
Ticarətə buraxılma tarixi |
26.12.2024 |
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |