Dollar indeksi (DXY) bazar ertəsi, iyulun 7-də keçirilən ticarətdə 0,6% artaraq 97,5 bəndi görüb. Bakı vaxtı ilə saat 09:20-də İndeks 97,35 bənd təşkil edib.
FED.az xəbər verir ki, Amerikanın əsas fond indeksləri isə əksinə düşüb. S&P indeksi 0,9% azalaraq 6221,7 bənd təşkil edib. Dow Jones indeksi 1,2% azalaraq 44 319,22 bənd, NASDAQ indeksi isə 0,96% azalaraq 20 403 bənd təşkil edib.
ABŞ prezidenti Donald Tramp avqustun 1-dən ABŞ-a idxal edilən bütün Yaponiya və Cənubi Koreya mallarına 25%-lik gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.O, bu barədə ölkə rəhbərlərinə məktublarında yazıb. Tramp, əgər rəsmi Seul və ya Tokio “tarifləri qaldırmağa qərar verərsə” tarifləri daha da artıracağı ilə hədələyib. (Marja)