Ukraynanın valyuta bazarında dollar qrivnaya nisbətdə hər gün ucuzlaşmaqda davam edir.
FED.az xəbər verir ki, Ukrayna Milli Bankının statistikasına görə, bu ilin yanvar-sentyabr aylarında dollar 13 faiz ucuzlaşıb. Belə ki, Milli Bank sentyabrın 28-30 tarixlərində rəsmi məzənnədə 100 dolları 2408,28 qrivna səviyyəsində müəyyənləşdirib. Bu da yanvarın 1-nə olan məzənnə ilə müqayisədə hər 100 dollarda 360,54 qrivna az deməkdir. Həmin dövrdə rəsmi məzənnə 100 dollara nisbətdə 2768,82 qrivna olub. Dollar sentyabrda daha çox - 4 faiz ucuzlaşıb.
Eləcə də bax: Qrivnanın məzənnəsi tarixi minimumda – UKRAYNA «UCUZLAŞIR»
İqtisadi ekspertlər ilin sonuna kimi dolların cüzi bahalaşacağını proqnozlaşdırır. Bir dolların 25,5 qrivna dəyərində olacağı gözlənilir.
Azərtac