Amerikada avtomobil bazarı istisna olmaqla, pərakəndə satış dövriyyəsinin martda proqnozlaşdırılandan çox artması xəbərlərindən sonra dollar indeksi də yenidən yüksəlməyə başlayıb. Bu, EURUSD, GBPUSD məzənnələrinin ucuzlaşmasına, USDJPY-nin bahalaşmasına səbəb olub.
FED.az xəbər verir ki, Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitiklərinin məlumatına görə, yüksək inflyasiya fonunda qızıl yüksəlsə də dinamikada ləngimə müşahidə edilir. Enerji birjalarında isə "OPEC" sanksiyalar ilə əlaqədar yaranmış milyonlarla barel boşluğu konpensasiya etmək planının olmadığını açıqlamasından sonra dəstək görən neft qiymətləri yüksəlməkdə davam edir.
Təhlillərə əsasən, EURUSD 1.06, GBPUSD 1.29$-a kimi enə, USDJPY 129 yen, Brent nefti 124$, qızılın bir unsiyası 2002$-a kimi yüksələ bilər.
Kriptovalyuta birjalarında bitkoin də təzyiq altında qalmaqdadır və növbəti eniş dalğası üçün 39000$ önəmli dəstək səviyyəsidir, qırılması önəmlidir. Bundan sonra "ayı"lar 35000$-a kimi əməliyyatlarına davam edə bilərlər.