FED rəsmilərinin sərt monetar siyasətin davam etdiriləcəyi və bu ilin sonuna kimi uçot dərəcələrinin 4%-in üzərinə yüksəldiləcəyi yönündəki açıqlamaları fonunda cümə axşamı Amerika sessiyasında dollar indeksində yüksəliş əlavə ralli qazandı.
Nəticədə major valyutalar, eləcə də qızıl dollar qarşısında zəifləyir.
Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 0.96$ və 1.10$-a kimi ucuzlaşa bilər.
Yüksələn dollar indeksi fonunda qızıl dəyər itirir. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1625$-ın altında qalsa, 1610$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.