2025-ci il mayın 16-da qızıl bazarında gözlənilməz və ciddi eniş qeydə alınıb.
Kriptovalyuta investorlarına şad xəbər - BİTCOİN 103 MİN DOLLARI KEÇDİ!
FED.az xəbər verir ki, qızılın bir unsiyasının qiyməti 3.178,14 ABŞ dolları təşkil edərək əvvəlki günlə müqayisədə 46.25 dollar və ya 1.43% azalıb. Bu, son günlərin ən kəskin günlük düşüşlərindən biridir.
Belə azalma qlobal iqtisadi və siyasi dəyişkənliklər fonunda investorları daha diqqətli mövqe tutmağa vadar edir.
Gümüş də bu gün eyni taleyi yaşayıb. Gümüşün qiyməti 32.17 dollar olub, -0.35 dollar və ya -1.06% azalma qeydə alınıb. Real ticarət dəyəri isə 32.18 USD, -0.34 dollar və ya -1.04% enişlə nəticələnib.
30 günlük statistikaya nəzər saldıqda, qızılın ümumi 91.66 dollar və ya -2.76% dəyər itirdiyi görünür. Bununla belə, son 6 ayda 615.26 dollar (+23.58%), 1 ildə 806.63 dollar (+33.36%), 5 ildə 1.490.37 dollar (+85.95%), və 20 ildə 2.804.08 dollar (+667.14%) artım müşahidə olunur. Bu uzunmüddətli artım göstəriciləri qızılı hələ də sərmayə baxımından cazibədar edir.
Ancaq hazırkı azalma sərmayəçilər üçün həm risk, həm də fürsət anlamına gələ bilər. Bəzi analitiklər bu enişin qısa müddətli olduğunu düşünür və bu qiymətlərdən alış etməyi tövsiyə edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.