Mərmər, qranit və digər daşlardan məhsullar istesal edən “DƏVƏLİ” ASC-nin mənfəəti bölüşdürüləcək.
FED.az xəbər verir ki, 7 sentyabr 2025-ci il tarixində “DƏVƏLİ” ASC səhmdarlarının növbəti illik ümumi yıgıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Dəvəli” ASC-nin 2024- cü maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi və mənfəətin bölüşdürülməsi.
2. Cari məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Ünvan – Bakı şəhəri.Yasamal rayonu, 2-ci Alatava,Dadaş Bünyadzadə küçəsi 212.