20 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 8640 gün, nominal dəyəri 1,000 manat olan AZ2078008680 ISIN-li, 50 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 3%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 17 iyul 2047-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.