Çində Şanxay birjasında dəmir filizi qiymətləri bahalaşıb.
Yaxın Şərqdə geosiyasi risk artır - Əmtəələr bahalaşır
FED.az xəbər verir ki, dəmir filizinin qiyməti ardıcıl üç gün artaraq ton üçün 120 dollara yaxınlaşıb. Şanxay birjasında satılan polad armatur fyuçerslərinin qiyməti də 1,2 faiz artıb. Qeyd edək ki, fyuçerslər bu artımla mart ayının əvvəlindən bəri ən yüksək bağlanış səviyyəsinə çatmaq üzrədir.
Dəmir filizinin qiymət artımından sonra Çin hökuməti daşınmaz əmlak sektorunu dəstəkləmək üçün böyük bir xilasetmə paketi elan edib.
Çətinliklər yaşayan əmlak sektoru üçün yaradılmış bu paketə 300 milyard yuan (təxminən 41 milyard dollar) dəyərində bir fond daxildir ki, hökumət tərəfindən dəstəklənən firmalar daşınmaz əmlak sektorunda səhmlər əldə edə bilsinlər.
Digər yandan Sinqapur birjasında dəmir filizi qiymətləri bu il 15 faiz ucuzlaşıb. Çünki mənzil sektorunda azalma polad tələbinə mənfi təsir göstərir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.