Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni İnvestisiya Şirkəti” QSC Milli Depozit Mərkəzinə (MDM) üzv qəbul edilib.
Bu barədə FED.az-a MDM-dən bildirilib.
Məlumata görə, bununla da Mərkəzin üzvü olan investisiya şirkətlərinin sayı 13-ə çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Troni İnvestisiya Şirkəti”ni ötən ilin oktyabr ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13B, mənzil 33, nizamnamə kapitalı 360 min manat, qanuni təmsilçisi isə Mübariz Rəhman oğlu Əmiraslanovdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.