İstiqraz yerləşdirməklə maliyyə vəsaiti cəlb edən bank olmayan kredit təşkilatları (BOKT) karvanına BOKT "İnkişaf üçün Maliyyə" MMC də qoşulur.
FED.az xəbər verir ki, təşkilat 3 milyon manatlıq istiqraz buraxır.
İstiqrazların sayı 30 min ədəd, hər birinin nominal dəyəri 100 manatdır.
İstiqrazlar üzrə faiz dərəcəsi illik 12% təşkil edir. İstiqrazların tədavül müddəti 2 ildir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.