Çinin karantin qərarı alüminium qiymətlərinin artmasına səbəb olub.
FED.az xəbər verir ki, Çinin Quanqsi əyalətindəki Baise şəhərinin Covid-19-ə görə giriş-çıxışlara bağlanması bölgədən alüminium tədarükünə mənfi təsir göstərib.
Baise şəhərinin istehsal gücü 1,7 milyon tondur. Ölkənin ümumi alüminium istehsal gücü iə 40 milyon ton civarındadır.
Qərardan sonra London və Şanxayda alüminium fyuçersləri bahalaşıb. London Metal Birjasında alüminiumun hər tonu 3135 dollar olub. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.