Çində yeni kreditlər mart ayı üzrə gözləntiləri üstələyib.
Eləcə də bax: ABŞ birjalarının əhvalı yaxşıdır – İNDEKSLƏR YÜKSƏLİB
FED.az xəbər verir ki, Çində yuanla yeni kreditlər mart ayında 2,85 trilyon yuan (405 milyard dollar) təşkil edib.
Bloomberg anketində iştirak edən 25 iqtisadçının bu barədə orta gözləntisi 1,8 trilyon yuan (255,8 milyard dollar) idi.
Mart ayında ümumi maliyyələşdirmə 5.15 trilyon yuan (731,9 milyard dollar) ilə 3.14 trilyon yuan (446,3 milyard dollar) gözləntilərini keçib.
Qeyd edək ki, fevral ayında ümumi maliyyələşdirmə 855.4 milyard yuan (121,6 milyard dollar) olmuşdu.
Mart ayında M2 pul təklifi illik müqayisədə 10,1 faiz artıb. Bu barədə proqnoz 8,8% artım idi.
Həmin dövrdə yuanda yeni əmanətlər 4,16 trilyon yuan (591,2 milyard dollar) təşkil edib.