Çin Mərkəzi Bankı kriptovalyutalar ilə əlaqədar bütün əməliyyatların qadağan edildiyini açıqlayıb.
Eləcə də bax: İlon Maskın tvitindən sonra daha bir - Kriptovalyuta 1300% Bahalaşdı
FED.az "Bloomberg News"a istinadən xəbər verir ki, Çin Mərkəzi Bankı veb saytından etdiyi açıqlamada kriptovalyutalar ilə əlaqədar bütün əməliyyatların qadağan edildiyini, kriptovalyutalar ilə əlaqədar qeyri-qanuni maliyyə fəaliyyətlərinin cəzalandırılacağını bildirib.
Açıqlamada Bitcoin də daxil olmaqla heç bir kriptovalyutanın rəsmi pul vahidi olmadığı və dövriyyədə olmamaları lazım olduğu qeyd edilib.
Xəbərdən sonra Bitcoin 4.5% ucuzlaşıb, Ether və digər kriptovalyutalar da geriləyib. (Marja)