“CFİ Financial İnvestisiya Şirkəti” QSC (VÖEN: 1303538081) ötən il 4 milyon 243 min manat zərər edib.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 3 milyon 272 min manat və ya 4,4 dəfə daha çox zərər deməkdir.
Xatırladaq ki, şirkət 2024-cü ili 971 min 548 manat zərərlə başa vurmuşdu.
Hesabat dövründə şirkətin cəmi əməliyyat gəlirləri 167 min 52 manat olmaqla illik 194 min 507 manat (2,2 dəfə) azalma göstərib. İşçi heyəti ilə bağlı xərclər 1 milyon 466 min manat (733 min 542 manat / 2 dəfə çox), əməliyyat xərcləri 2 milyon 720 min manat (2 milyon 216 min manat / 5,4 dəfə çox) olub.
Şirkətin mənfəət vergisindən əvvəlki zərəri 3 milyon 51 min manat (3,6 dəfə) artaraq 4 milyon 228 min manata yüksəlib. Ödənilmiş mənfəət vergisi xərci də 190 min 293 manat (13,6 dəfə) azalaraq 15 min 77 manata düşüb.
Öətn il şirkətin aktivlərində də kəskin azalma olub. Belə ki, 2025-ci ilin sonunda şirkətin aktivləri 5 milyon 47 min manat təşkil edib ki, bu da, illik müqayisədə 3 milyon 657 min manat və ya 42% azalma deməkdir.
Öhdəliklərin həcmində artım müşahidə olunub. QSC-nin öhdəlikləri 2024-cü ilə nəzərən 586 min manat (20%) artaraq 3 milyon 533 min manata çatıb.
Nəticədə “CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin kapitalı bir ildə 4 milyon 252 min manat və ya 3,8 dəfə azalaraq 1 milyon 513 min manata düşüb.
Qeyd edək ki, “CFİ Financial İnvestisiya Şirkəti” QSC 2014-cü ilin yanvarında dövlət qeydiyatına alınıb. “Az-Finance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti 2 oktyabr 2024-cü il tarixində “CFI Financial Group Holding Limited” və İlqar Rüstəmbəyli tərəfindən satın alındıqdan sonra Cəmiyyətin adı dəyişdirilib. 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə QSC-nin birbaşa ana şirkəti “CFI Financial Group Holding Limited” olub.
2024-cü ildə “CFİ Financial İnvestisiya Şirkəti”nin səhdarları 90%-lik payla “CFI Financial Group Holding Limited” şirkəti, 10%-lik payla İlqar Rüstəmbəyli olub. 2025-ci ildə isə şirkətin səhmlərinin 100%-lik hissəsi “CFI Financial Group Holding Limited” şirkətinə məxsus olub.








![“CFİ Financial İnvestisiya Şirkəti” ötən il işləyə bilməyib – [red]BÜTÜN SAHƏLƏRDƏ GERİLƏYİB - HESABAT[/red] | FED.az](upload/news/small/230335.jpg)
![“CFİ Financial İnvestisiya Şirkəti” ötən il işləyə bilməyib – [red]BÜTÜN SAHƏLƏRDƏ GERİLƏYİB - HESABAT[/red] | FED.az](upload/news/small/297211.jpeg)
![“CFİ Financial İnvestisiya Şirkəti” ötən il işləyə bilməyib – [red]BÜTÜN SAHƏLƏRDƏ GERİLƏYİB - HESABAT[/red] | FED.az](upload/news/small/3454878.jpeg)








