ABŞ-ın ən böyük investisiya bankı olan JPMorgan Chase & Co.-nun baş direktoru Ceymi Deymon 31,5 milyon dollar dəyərində səhm satışı həyata keçirib. Bu barədə məlumat ABŞ-ın maliyyə tənzimləyici qurumuna təqdim olunan sənəddə yer alıb.
Çip nəhənginin səhmləri çökür - SƏHMLƏR KƏSKİN UCUZLAŞDI
FED.az xəbər verir ki, satış aprelin 13-də baş tutub. Deymon 133 min 639 ədəd JPMorgan səhmini orta hesabla 235,68 dollar qiymətinə satıb.
Qeyd edək ki, bu satış 2024-cü ilin fevralında elan edilən və planlaşdırılmış ticarət planı çərçivəsində həyata keçirilib. Bankın sözçüsü Deymonun bu satışına dair hər hansı açıqlama verməkdən imtina edib. Lakin məlum olub ki, satış Deymonun JPMorgan-dakı ümumi səhmlərinin yalnız kiçik bir hissəsini əhatə edir.
Hazırda Ceymi Deymonun təxminən 6,47 milyon JPMorgan səhmi var və bu səhmlərin dəyəri 1,5 milyard dolları keçir. Bu səhmlərin böyük hissəsi – təxminən 3,7 milyonu – ailə fondu vasitəsilə saxlanılır. Bu satış xəbəri JPMorgan-ın birinci rüb üzrə gözləntiləri üstələyən maliyyə nəticələrini açıqlamasından dərhal sonra gəlib.
Ceymi Deymon ötən həftə səhmdarlara illik məktubunda iqtisadiyyatda ciddi çətinliklər gözlədiyini yazıb. O, bu fikirləri ABŞ Ticarət naziri Hovard Lutniklə görüşdən sonra digər bank rəhbərləri ilə birlikdə qarşılıqlı tarifləri müzakirə etdikdən sonra bildirib.
“İnflyasiya təsirləri qaçılmazdır. Tariflərin iqtisadiyyatı tənəzzülə sürükləyib-sürükləməyəcəyi hələ bilinmir, amma böyüməni mütləq ləngidəcək,” – deyə Deymon vurğulayıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.