"Paşa Kapital" investisiya şirkətinin korporativ istiqrazlar üzrə portfeli 2024-cü il ərzində 33 faiz artıb.
FED.az xəbər verir ki, bunu "Paşa Kapital" investisiya şirkətinin 2024-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında şirkətin icraçı direktoru Ceyhun Hacıyev bildirib.
C.Haciyev bildirib ki, 2023-cü ildə artım 17 fazil olmuşdusa, 2024-cü ildə bu göstərici 33 faizədək artmışdır. Bundan başqa Korporativ istiqrazlar üzrə ümumi bazar dövriyyəsi 4 mlrd. olub ki, bunun da 1 milyardı "Paşa Kapital"ın payına düşüb.
C.Haciyev qeyd edib ki, şirkətin dövriyyəsi və müştəri bazası genişlənir .