Son 3 ildə "Paşa Kapital"ın yerli bazarda dövriyyəsi 11 milyard manatdan 27 milyard manata çatıb. Ötən illə müqayisədə isə 35 faiz artım olub.
FED.az xəbər verir ki, bunu "Paşa Kapital"ın direktoru Ceyhun Hacıyev rəhbəri olduğu şirkətin 2024-cü il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransında deyib.
"Paşa Kapital"ın bazar payı sabit olaraq qalır. Hesabat ilində bazarın ümumi dövriyyəsi 14 milyard manat, təkcə "Paşa Kapital"ın dövriyyəsi isə 8,2 milyard manat təşkil edib.
"Paşa Kapital"ın yerli bazarda korporativ istiqrazlar üzrə bazar payı 2024-cü ildə 1,3 milyard manat təşkil edib", - o bildirib.