25 iyun 2024-cü il saat 11.00-da “Cənub” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Ağa Nemətulla küçəsi 48 nömrəli ünvanda “MONTINN” hotelində keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Ağa Nemətulla küçəsi 48 nömrəli ünvanda “MONTINN” hotelində baş tutacaq.
Ümumi yığıncagın gündəliyinə 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi daxil edilib.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək +994 50 325 27 17 nömrəli telefonla əlaqə saxlayaraq tanış ola bilərlər.