Banner

Birja

Cəmi 7,5% gəlirliyi var – ALMAQ ÜÇÜN NÖVBƏ YARANIB

Cəmi 7,5% gəlirliyi var – ALMAQ ÜÇÜN NÖVBƏ YARANIB | FED.az
17:18 16 İyul 2019
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. FED.az xəbər verir ki, 16 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105013756 ISIN-li, 20 mln. manat həcmində, 2 illik tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 
Eləcə də bax:İllik 5 faiz gəlirli SOCAR istiqrazları - VİDEO

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10.0000%) və 101.837 AZN (6.9997%) olan 29 sifariş verilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.6378  (7.6500%), orta ölçülmüş qiyməti 100.8307  (7.5447%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90 milyon 161,1 min AZN, yerləşdirilmiş həcmi isə 20 milyon AZN təşkil edib. Başqa sözlə, kağızlara tələbat təklifi 4,5 dəfə üstələyib. 
İstiqrazların ödəmə tarixi  13.07.2021-ci il. 
Hərrac iştirakçıları 17 iyul 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

 

Digər xəbərlər

Banner