Azərbaycanın ən populyar futbol klubu olan «Qarabağ» futbol klubunun səhmləri hissə-hissə satışa çıxarılıb.
Eləcə də bax: «Qarabağ» futbol klubunun səhmləri – SATIŞA ÇIXARILDI – QİYMƏT
Daha öncə də məlumat dərc edildiyi kimi söhbət «Qarabağ Futbol Klubu» MMC-nin təsisçi paylarından gedir.
FED.az xəbər verir ki, təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb.
Sənan Nadirov bildirir ki, ona məxsus ümumilikdə 300 000 manat dəyərində olan təsisçi payını ümumilikdə satmaq niyyətində olsa da, azərkeşlər və çoxsaylı istəkləri nəzərə almaqla təsisçi payını hissə-hissə satışa çıxarmağı qərara almışdır.
Belə ki, «Qarabağ Futbol Klubu» MMC-də pay sahibi olmaq istəyən şəxslər, azərkeşlər, minimal alqı-satqı həddi 10 pay olmaqla Qarabağ Futbol Klubunda pay sahibi ola bilərlər.
Yəni, arzusunda olan hər bir şəxs cəmi 1 000 AZN ödəməklə Azərbaycanın məşhur futbol klubunda 10 miqdarda pay sahibi ola biləcəkdir.
«Qarabağ Futbol Klubu» MMC-nin təsisçisi Sənan Nadirov ona aid payların satışa çıxarılması səbəbini özünün ağır maddi vəziyyəti ilə əlaqələndirib.
Satışa çıxarılan paylar ilə bağlı ilk öncə Qarabağ Futbol Klubunun digər iştirakçısına təklif göndərilsə də, həmin iştirakçı payları almaqdan imtina etmişdir.
Qeyd edək ki, indiki mərhələdə satışa çıxarılmış sözügedən miqdarda paylar simvolik məna daşısa da, gələcəkdə həmin paylar əhəmiyyət qazana bilər.
Təkliflə maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına, yaxud +994 55 206 90 24 telefon nömrəsinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.