Amazon-un qurucusu Jeff Bezos çərşənbə axşamı şirkətdəki səhmlərinin təxminən 5 milyard dollarını satmaq planlarını açıqlayıb.
Amazon süni intellektə 100 milyard dollar sərmayə qoyacaq
FED.az xəbər verir ki, elə həmin gün e-ticarət nəhənginin səhmləri rekord həddə çatdı. Amazon səhmlərinin çərşənbə axşamı günü rekord həddə - 200 dollara çatdı. İndi səhmin qiyməti 197,59 dollardır.
Xatırladaq ki, 2023-cü ildə səhmlərin dəyəri artdıqdan sonra şirkətin qurucusu fevral ayında təxminən 8,5 milyard dollar dəyərində səhm satıb.
Qeyd edək ki, şirkətin bazar kapitalı 2 trilyon dolların üzərindədir. Amazon 2 trilyon dollarlıq bazar kapitalını təmin edən beşinci ABŞ şirkəti olub.
Hazırda Amazon-un icraçı sədri olan Bezos hələ də Amazon səhmlərinin böyük sahibidir. May ayının sonlarına kimi o, 936 milyondan çox səhmə sahib idi.
Forbes-in məlumatına görə, Bezos 214,4 milyard dollarlıq sərvətlə dünyanın ikinci ən varlı adamı seçilib. O, həm də may ayında altı nəfərlik ekipajı kosmosun kənarına göndərən Blue Origin kosmik şirkətinin yaradıcısıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.