Milli Depozit Mərkəzində növbədənkənar müşahidə şurasının iclası keçirilib.
FED.az xəbər verir ki, MDM-in Müşahidə Şurasının iclası keçirilib və yeni üzvlərdən ibarət tam tərkibi seçilb.
1. Cavid Nəzərov - MBNP- Müşahidə Şurasının sədri
2. Məhəmməd Həsənli - MBNP- Müşahidə Şurasının üzvü
3. Orxan Bağırov - “Invest.az İŞ” QSC - Müşahidə Şurasının üzvü
4.Tural Bayramov - “Xalq Kapital İŞ” QSC- Müşahidə Şurasının üzvü
5.Bəhruz Nağıyev - “Paşabank” ASC - Müşahidə Şurasının müstəqil üzvü.
Müşahidə Şurasının iclasında MDM-in cari və qarşıda duran məsələləri müzakirə ediılib. Eləcədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq MDM tərəfindən qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsinin və s. əsas istiqamətləri müəyyənləşdirilib.
Eləcə də bax: SOCAR İstiqrazları sahibləri 3,5% faizlə vəsait cəlb edirlər