Bu ilin yanvar-sentyabr aylarında “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin birjadakı əməliyyatlarının həcmi 398,1 milyon manat olub.
AMB qiymətli kağızları dövriyyəsi üzrə investisiya şirkətlərinin - RENKİNQİ - (YANVAR-MAY/2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin birja əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 698,4 milyon manat və ya 2,8 dəfə azalıb.
Birjadakı əməliyyatların 69%-ini təşkil edən repo əməliyyatlarının həcmi 754,7 milyon manat və ya 4,1 dəfə azalaraq 241,7 milyon manata düşüb.
Bundan başqa, şirkətin dövlət istiqrazları ilə apardığı ticarət əməliyyatlarının həcmi də ötən ilin eyni dövründə 35,9 milyon manat olsa da, bu ilin ilk 9 ayında bu istiqrazlarla əməliyyat aparılmayıb.














