ABŞ fond bazarında həftənin əsas korporativ hadisəsi Nvidia-nın 26 avqustda açıqlayacağı maliyyə nəticələri olacaq.
FED.az xəbər verir ki, şirkətin süni intellekt çipləri dünyada süni intellekt sisteminin əsas komponentinə çevrildiyindən, Nvidia-nın nəticələri artıq yalnız bir şirkətin hesabatı kimi gözlənilmir. Şirkətin nəticələri göstərəcək ki, süni intellektə indiyədək yatırılan yüz milyardlarla dollarlıq investisiyalar nə qədər sağlamdır, yəni bazarda köpük yaranıbmı? Yoxsa süni intellekt doğrudan da gəlirli sahədir?
«Reuters»in bazar araşdırması göstərib ki, hər şeyi əvvəlcədən hesablamağa çalışan analitiklər «Nvidia»nın rüblük gəlirinin təxminən 2 dəfə artıb 92 milyard dollara çatacağını gözləyirlər.
Bazarın gözləntiləri əla olsa da, bu gözlənti şirkət üçün «şirin risk» yaradır. Belə ki, Gəlirlər bundan aşağı olmasa, hesabatdan sonra səhmlər yüksəlməyə bilər.
Hesabatdan asıl olan və investorların maraqla gözlədiyi başqa bir məqam var. Məsələ bundadır ki, indi süni intellktə böyük vəsaitlər yatırmaq üçün yarış gedir. Bu yarış o qədər böyük vəsait tələb edir ki, iri şirkətlər artıq öz vəsaitlərini xərcləyib bitiriblər və yatırım üçün borclar alır – kredit götürür və ya istiqrazlar buraxırlar.
Nəticədə, hazırda ABŞ-ın 30 illik dövlət istiqraz faizləri 2007-ci ildən bəri ən yüksək səviyyələrə yüksəlib. Yüksək gəlirlilik texnologiya şirkətlərini yatırım etməyə həvəsləndirir və data mərkəzlərinin borcla maliyyələşdirilməsini bahalaşdırır.
Belə bir vaxtda «Nvidia»nın gəlirlərinin səviyyəsi göstərəcək ki, bu sahəyə yatırım etmək sərfəlidirmi, və ya bunun üçün yüksək faizlə kredit götürməyinə dəyərmi? Maliyyə terminləri ilə danışsaq - maliyyə bazarı süni intellktə bumunun bahalı kapital şəraitində davam edib-etməyəcəyini test edir.













