"Chainalysis"in iqtisadçısı Grauer, bütün "Bitcoin"lərin 20%-inin 448 adamın əlində olduğunu bildirib. FED.az xəbər verir ki, "Chainalysis Inc." tərəfindən aparılmış yeni araşdırmaya görə, "Ethereum" blokçeyninə gücünü verən "Ether"lərin üçdə biri yalnız 376 nəfərin əlindədir.
Şirkətin iqtisadçısı Kim Grauer, investisiyalarını birjalarda deyil, elektron pulqabılarda saxlayan böyük pay sahiblərinin kriptovalyuta bazarında "balina" olaraq bilindiyini qeyd edib.
Grauer, bütün "Bitcoin"lərin 20%-inə 448 nəfərin sahib olduğunu söyləyib.
"Chainalysis", "Ether" "balina"larının qiymət üzərindəki təsirinə dair araşdırmasında böyük pay sahiblərinin kriptovalyutalar ilə tez-tez əməliyyat etdirmədiklərini müəyyən edib. Grauer, "Balinaların əksəriyyəti treyder deyil. Əksəriyyəti yalnız portfel sahibidir" deyib.
"Chainalysis"in araşdırmasına görə, bir "balina" "Ether"i pulqabıdan bir birjaya köçürdüyü zaman bazar volatilliyi üzərində kiçik ancaq statistik olaraq bir təsir yaradır.