Ölkəmizdə də olduqca məşhur olan McDonald`s-un Big Mak və Cizburgerlərindən başqa səhmlərini də almaq olar.
FED.az xəbər verir ki, beynəlxalq birjalara əsasən xəbər verir ki, bu korporasiyanın bazar kapitalı 127.25 milyard dollar təşkil edir.
Lakin bir çoxları bundan xəbərsizdir. 2017-ci ildə McDonald`s-ın səhmləri 45% bahalaşıb. Bundan savayı şirkətin 2017-ci ildə xalis gəliri 11% artaraq 5.19 milyard dollar olub ki, bu da 2016-cı illə müqayisədə 11% çoxdur. Hazırda McDonald`s-un bir səhminin qiyməti 158.84 dollar təşkil edir. Şirkətin səhminin illik gəlirlilik dividendi 2.45% dir.
Qeyd edək ki, analitiklər şirkətin səhmlərinin bahalaşacağını proqnoz edirlər. Ötən il də ekspertlər artım proqnoz etmişdilər , nəticədə artım proqnoz olunandan da daha çox oldu.
Burger əvəzinə onu da ala bilərsiz
09:18
22 Fev 2018