İnvestorlar xəzinə istiqrazlarının artımını son iqtisadi məlumatlarla dəyərləndirərkən, birjalarda mənfi seyir müşahidə edilib.
ABŞ-ın kredit reytinqi endirildi - Son 12 ildə ilk dəfədir
ABŞ-da 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 4,18 faizi keçərək, son 9 ayın ən yüksək səviyyəsini qeyd edib.
Ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı ötən həftə 6 min nəfər artaraq 227 min nəfərə çatıb. Challenger, Gray & Christmas məlumatlarına görə, iyul ayında işdən çıxarmalar son 11 aylıq minimuma düşüb.
Analitiklər bildiriblər ki, işsizlik müraciətlərindəki artım ABŞ-ın əmək bazarındakı sıxlığa işarə edəcək qədər kiçikdir.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) izlədiyi inflyasiya göstəricilərindən biri olan vahid əmək haqqı aprel-iyun dövründə bir əvvəlki rüb görə yüzdə 1,6 artdı.
Ölkədəki Satınalma İdarəetmə İnstitutu (ISM) xidmət sektoru Satınalma Menecerləri İndeksi (PMI) iyul ayında bir aya görə 1,2 bənd azalaraq 52,7-ə düşsə də, sektorda böyüməyə işarə etdi. S&P Global tərəfindən açıqlanan iyul ayı üzrə xidmət sektoru üzrə yekun PMI məlumatları 52.3 bənd olub.
Bugün isə Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də NFP göstəriciləri İnvestorların diqqət mərkəzində olacaq.
Qeyd edək ki, hazırda 102.85 bənd səviyyəsində müqavimətlə qarşılaşaraq 102.40 bənd hədlərinə qədər geriləyən DXY-da “Buğalar” qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər. “Ayılar”ın güclü olduğu bir ssenaridə isə 100.00 bənd səviyyəsi olduqca önəmli psixoloji dəstək həddi olaraq aktuallığını qoruyur.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.