Bir müddət əvvəl ucuzlaşan bitcoin yenidən dəyər qazanmağa başlayıb. Bütün dünyada olduqca məşhur olan bitcoinin bahalaşma səbəbi barədə FED.az –a 7Marketz Groupun təsisçisi və icraçı direktoru Yaqub Rəhimov danışıb.
Onun sözlərinə görə, hazırda kriptovalyuta bazarında atozmarkets.com-un apardığı araşdrımalara görə, əvəllər bitcoinlə maraqlananlar ümumi internet trafikinin 0.3% təşkil edirdisə bu rəqəm hazırda ölkələrdən asılı olaraq 60-70% artıb. Yəni bitcoinlə maraqlanan insanlar daha da çoxalıb. Bu isə o deməkdir ki, maraqlanan insanlar həm də bitconi almaq istəyirlər.
Yaqub Rəhimovun sözlərinə görə, bitcoin tranzaksiyalarına ən çox təsiri son zamanlar Braziliya və Türkiyədə yaşayan insanlar ediblər. Belə ki, Braziliya və Türkiyə milli valyutalarının dəyərdən düşməsi bu ölkələrin vətəndaşlarının bitcoinə investisiya etməsinə səbə olub. Həttə ötən həftə Braziliyada bitcoin tranzaksiyaları indiyə qədər olan ən yuxarı həddə çatıb.
Bundan başqa bitconin bahalaşmasına əsas səbəblərdən birinin də dövriyyəsinə görə hazırda ən böyük kriptovalyuta birjası olan Binanceyə haker hücumlarından sonra bazar iştirakçılarının haker hücumundan zərər çəkənlərə yardım etməsinə hazır olması da bitconin bahalaşmasına təsir edən əsas amillərdən biridir.
Eləcə də bax: Bitkoin 8 mini də keçdi – SON QİYMƏT
Bitcoin bu həddi keçərsə 50 min dollaradək bahalaşacaq
Yaqub Rəhimovun sözlərinə görə, hazırda bitcoinin qiyməti irəliləyir amma psixoloji hədlərlə irəliləyir. İlk psixoloji hədd 6 min dollar idi və bitcoin bu həddi aşdı. İkinci psixoloji hədd isə 7500 dollar idi. Üçüncü psixoloji hədd isə 9,500 min dollar təşkil edəcək. 8 min dollar bitcoin üçün elə də böyük psixoloji hədd deyil.
Bitcoin 6 min dollardan aşağı enərsə bir daha 3800 dollara enə bilər. Lakin Əgər bitconin qiyməti 19700 dollar həddi keçərsə o zaman 45-50 min dollara qədər bahalaşma ehtimalı çoxdur deyə Yaqub Rəhimov bildirib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Bu ölkə vətəndaşları bitkoinin bahalaşmasına təsir ediblər
10:59
14 May 2019