Xəbər verdiyimiz kimi, Azərbaycan maliyyə bazarında 12 ildir ki, uğurla fəaliyyət göstərən, etibarlılığı və dayanıqlı maliyyə göstəriciləri ilə seçilən “REGİONAL” BOKT-nın investorlar üçün cəlbedici gəlir imkanları verən növbəti yüksək gəlirli istiqrazları ISIN: AZ2005023406 Dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
FED.az bu barədə BOKT-a istinadən xəbər verir.
Qeyd edilməlidir ki, təşkilatın bundan əvvəl dəfələrlə emissiya etdiyi bütün qiymətli kağızları bazarda tam olaraq uğurla yerləşdirilmişdir. Bəs bu istiqrazları belə cəlbedici edən cəhətləri hansılardır? Əvvəla, onlar hər ay yüksək gəlir gətirir və faizlər aylıq şəkildə ödənilir. Lakin şirkətdən verilən məlumata görə, onların ən əsas cəlbediciliyi təkrar bazarda alqı satqı imkanından qaynaqlanır. Belə ki, investorlar həmin qiymətli kağızları istənilən vaxt anderrayter tərəfindən təqdim edilmiş alıcıya və yaxud şirkətin özünə geri sata bilərlər. Bu şərt qiymətli kağızların emissiya prospektində rəsmi şəkildə öz əksini tapmışdır. Sözügedən istiqrazların Bakı Fond Birjası vasitəsi ilə hərraca çıxarılması cari ilin yanvar ayının sonunadək baş tutması nəzərdə tutulmuşdur. Alıcılar üçün say baxımından heç bir məhduduyyət yoxdur, qoyulacaq investisiya 100 manatdan başlayır.
Şərtlər:
İstiqrazın nominal dəyəri – 100 AZN;
Ümumi emissiyanın həcmi – 1 milyon AZN
Anderrayter – Xalq Kapital İnvestisiya Şirkəti
Yerləşdirilmə üsulu: Hərrac
İnvestorlar üçün cəlbediciliyi:
Yüksək faiz dərəcəsi – illik gəlir 16%;
Müddət – 36 ayadək;
Faiz ödənişi – Aylıq.
Kimlər bizim istiqrazları ala bilər:
• İnvestorlar;
• Fiziki şəxslər;
• Müəssisə və təşkilatlar.
İstiqrazları əldə etməklə bağlı aşağıda qeyd olunan vasitələrlə əlaqə saxlaya bilərsiniz:
Tel: (+994) 50 261 22 56
E-mail: [email protected]












