3 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2126024705 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 9,799.4702 (8.77%) manat və 9,819.0030 (7.9%) manat olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,990,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,818.3282 (7.93%) manat və orta ölçülmüş qiyməti isə 9,818.4650 (7.92%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 26.10.2023-cü ildir.
XXX
3 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2128024703 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9,345.7944 (10%) manat və 9,408.5769 (8.98%) manat olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 84,000,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,396.8182 (9.17%) manat, orta ölçülmüş qiyməti isə 9,399.2851 (9.13%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 11.04.2024-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.