Dünən ABŞ Mərkəzi Bankının sədri Jerom Povel “Faiz qərarı” artımını (3.25%) şərh edərkən sərt monetar siyasətin 2024-cü ilədək davam edəcəyi açıqlamasından sonra dollar indeksi son 20 ilin maksimumları 111.50 bənd səviyyəsinədək bahalaşıb.
Bahalaşan dollar fonunda əsas valyutalarda ucuzlaşma müşahidə olunur.
Bu gün Bakı vaxtı ilə 11.30-da İsveçrə Mərkəzi Bankı, 15.00-da Türkiyə Mərkəzi Bankı və İngitərə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq.
1687 dollara qədər bahalaşan qızılda eniş tendensiyasının davam edəcəyi gözlənilir. 1655$dollar səviyyəsinin qırıldıldığı təqdirdə 1650 dollar və 1640 dollar səviyyələrinədək eniş ola bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.