Qlobal fond bazarında dünən texnologiya nəhənglərinin səhmləri əsasən müsbət istiqamətdə hərəkət edib.
Qızıl bir qədər də ucuzlaşdı - DETALLAR
FED.az xəbər verir ki, “NVIDIA” və “Alphabet (Google)” birjanın ən çox bahalaşan şirkətləri olaraq diqqət çəkiblər.
Son göstəricilərə görə, “NVIDIA”nın səhm qiyməti 2,99% artaraq 207,04 dollara yüksəlib və günün lider bahalaşması olub. Onu “Alphabet” izləyib, şirkətin səhmləri 2,51% bahalaşaraq 275,17 dollar səviyyəsinə çatıb.
“Apple” (+0,26%), “Amazon” (+0,46%), “Meta Platforms” (+0,03%) və “Tesla” (+0,21%) kimi nəhənglər də bahalaşma dalğasında yer alıblar. Digər tərəfdən, “Berkshire Hathaway” (-1,18%) və “Visa” (-1,62%) kimi maliyyə sektorunun önəmli iştirakçıları ucuzlaşma ilə yadda qalıb.
Ümumilikdə, fond bazarında gün müsbət tonlarla başa çatıb, çünki on şirkətdən yeddisinin səhmləri dəyər qazanıb.
Daha detallı aşağıdakı cədvəldə :
|
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
|
1 |
Apple |
269,70 |
+0,26 |
|
2 |
Amazon.com |
230,30 |
+0,46 |
|
3 |
Meta Platforms |
751,67 |
+0,03 |
|
4 |
Berkshire Hathaway |
475,76 |
-1,18 |
|
5 |
Visa |
341,28 |
-1,62 |
|
6 |
Johnson & Johnson |
186,60 |
-0,18 |
|
7 |
Microsoft |
541,55 |
-0,10 |
|
8 |
Alphabet (Google) |
275,17 |
+2,51 |
|
9 |
Tesla |
461,51 |
+0,21 |
|
10 |
NVIDIA |
207,04 |
+2,99 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













