"BTB Kapital İnvestisiya şirkəti" ASC Bakı Fond Birjasında üzvlüyə qəbul edilib. FED.az xəbər verir ki, Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarlı ilə 17 dekabr 2018-ci il tarixindən etibarən "BTB Kapital İnvestisiya şirkəti" ASC üzvlüyə qəbul edilib. Məlumat üçün bildiririk ki, "BTB Kapital İnvestisiya şirkəti" ASC Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 12 oktyabr 2018-ci il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün müddətsiz lisenziyaya malikdir.
Hazırda BFB-nin "BTB Kapital İnvestisiya şirkəti" ASC də daxil olmaqla 7 aktiv üzvü var.
BFB-nin üzvlərinin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilmişdir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.