14 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" QSC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2003021022 dövlət qeydiyyat nömrəli, 2 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilib. Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 14 %-dir, faiz ödənişləri isə ayda bir dəfə olmaqla investorlara ödənilir.
İstiqrazların ödəmə tarixi 06.10.2023-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.