9 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” QSC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: “İnternational” QSC-nin istiqrazları üzrə - ÖDƏNİŞLƏR EDİLİB
FED.az xəbər verir ki, birjanın yayadığı məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 20 min ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 13%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmələrin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmələr üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.